Rusiya ordusunun Ukraynanın Dnepr şəhərində hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko bildirib.
Onun sözlərinə görə, xilasedicilər dağıntılar altından 38 nəfəri çıxarıb. Axtarış əməliyyatı davam etdirilir.
Qeyd edək ki, çoxsaylı insan tələfatı ilə əlaqədar yanvarın 15-dən şəhərdə 3 günlük matəm elan edilib.
***
Ukraynanın Dnepr şəhərində yaşayış binasına raket düşməsi nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin rəhbəri Valentin Rezniçenko bildirib.
Məlumata görə hücumda yaralanan 64 nəfərdən 59-u xəstəxanada müalicə alır. Dağıntılar arasından 35 nəfər çıxarılıb.
***
20:50
Rusiya hərbçiləri Dneprdə yaşayış binasını raketlə vurublar. Dinc sakinlər dağıntılar altında qalıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirill Timoşenko teleqram kanalında yazıb.
“Sadəcə vəhşilikdir, binanın ən azı bir bloku yoxdur, dağıntılar altında istirahət günü evində olan insanlar var”, – deyə Timoşenko bildirib.
Onun sözlərinə görə, Fövqəladə Hallar Dövlət Xidməti və digər qurumlar hadisə yerində işləyirlər.
İrimiqyaslı raket hücumu nəticəsində 5 nəfər ölüb, 40-a yaxın yaralı var.