Nepalda baş verən faciəvi təyyarə qəzasına görə matəm elan edilib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hökumət müvafiq qərarı imzalayıb.
Matəm sabah – 16 yanvar tarixində olacaq və 1 gün davam edəcək. Matəmlə bağlı dövlət qurumlarına tapşırıqlar verildiyi bildirilib.
Qeyd edək ki, Nepalın Pohkar şəhərində göyərtəsində 72 nəfər olan təyyarə qəzaya uğrayıb.