Tokayev BƏƏ-yə getdi

 

Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edib.

Milletinsesi.az “Kazinform”a istinadən xəbər verir ki, Tokayev BƏƏ-li həmkarı ilə görüşəcək.

Səfər çərçivəsində Kasım-Jomart Tokayev BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə danışıqlar aparacaq. İki ölkə liderləri Qazaxıstan-BƏƏ strateji tərəfdaşlığının inkişaf perspektivlərini, prioritet sahələrdə ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.
Qazaxıstan prezidenti davamlı inkişafla bağlı sammitdə iştirak edəcək. Həmçinin işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirəcək.

Mənbə

Share: