
Ukraynada müharibədə Rusiya tərəfdən döyüşdə ölən Tacikistanın məhbus vətəndaşının meyiti qohumlarına təhvil verilib.
Məlumatı “Asia-Plus” yayıb.
Bildirilib ki, 47 yalşı Bülbül Davlatşoyev Tacikistanın Xatlon vilayətinin Dusti rayonunda anadan olub. Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün 2007-ci ildən Rusiyanın Sankt-Peterburq şəhərində həbsxanada cəza çəkirmiş.
Qohumlarının dediyinə görə, Bülbül Davlatşoyev 2022-ci il oktyabrın 19-da Rusiya tərəfdən Ukraynada müharibəyə cəlb olunub.
Bülbülün qardaşı bildirib ki, Rusiya hakimiyyəti ölümün səbəbini rəsmi olaraq “döş qəfəsindən güllə yarası və güclü qanaxma” kimi açıqlayıb. Davlatşoyevlər ailəsi Bülbülün Ukraynada müharibəyə göndərilməsi şəraitini müəmmalı adlandırıblar.
Dusti rayon yerli hakimiyyətin nümayəndəsi xəbər təsdiqləyib, lakin hadisə barəsində ətraflı məlumat verməyib.