Estoniya prezidenti Xaçaturyana sülhlə bağlı təklif verdi

Estoniya prezidenti Xaçaturyana sülhlə bağlı təklif verdi

Ermənistan prezidenti Vahaqn Estoniyaya səfəri çərçivəsində bu ölkənin dövlət başçısı Alar Karislə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

 

Bildirilib ki, tərəflər Ermənistan-Azərbaycan münasibətlərini, regional problemləri müzakirə ediblər.

 

Estoniya prezidenti rəsmi Tallinin Cənubi Qafqazda stabil və uzunmüddətli sülhün təmin olunmasında kömək göstərməyə hazır olduğunu Xaçaturyanın diqqətinə çatdırıb.

 

Qeyd edək ki, Ermənistan prezidenti Estoniyanın baş naziri, həmçinin parlament sədri ilə də görüşəcək.

Bu xəbər ilə bağlı

Ermənistan prezidenti Estoniyaya getdi


Xəbəri oxu

Mənbə

Share: