
Ermənistan Silahlı Qüvvələrinin arxa bölməsinin yanğın təhlükəsizliyi xidmətinin rəisi tutduğu vəzifədən azad ediləcək.
Modern.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Müdafiə Nazirliyindəki mənbə bildirib.
Hadisəyə görə, 2-ci ordu korpusun komandiri, polkovnik Vahram Qriqoryan da işdən qovulub.
Bundan başqa, korpus komandirinin müavini, briqadanın qərargah rəisi polkovnik-leytenant Rudik Akopyan, maddi-texniki təchizat briqadası komandirinin müavini polkovnik-leytenant Qor Haqekyan, briqadanın mühəndis xidmətinin rəisi, kapitan Tiqran Qazaryan, mühəndis-istehkamçılar bölüyünün komandiri kapitan Qor Sarkisyan, ikinci ordu korpusu qərargahının rəisi, komandir müavini, polkovnik Miqran Maxsudyan, korpus komandirinin maddi-texniki təminat üzrə müavini polkovnik Şiraz Xaçatryan, korpus komandirinin döyüş xətti üzrə müavini polkovnik Artur Ohanyan da tutuduqları vəzifədən azad ediliblər.
Xatırladaq ki, Ermənistanın Qeqarkunik rayonundakı Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında yanğın baş verib. Hadisə nəticəsində 15 hərbçi ölüb.