Qərb tankları Ukraynada müharibənin gedişində dönüş yarada biləcəkmi?..

Qərb tankları Ukraynada müharibənin gedişində dönüş yarada biləcəkmi?..

“Biz təşəbbüsü ələ almalıyıq, silahla dəstək bizə bu imkanı verəcək…”

 

“Yalnız tanklar müdafiəyə, mobilliyə və atəş gücünə malikdir…”

 

“Ukraynaya öz hücumunu başlamaq üçün ən azı 100 tank lazımdır…”

 

“Ukraynalı əsgərlərə “Leopard 2” və “Cellenger 2″ tanklardan istifadəyə yiyələnmək üçün 3-6 həftə kifayət edəcək…”

 

“Ukraynaya tanklar tədarükü yanvarın 20-də Almaniyanın Ramştayn bazasında Ukraynaya hərbi dəstəyin gücləndirilməsi çərçivəsində həll ediləcək…”

 

Ukrayna hesab edir ki, rusiyalılar yeni hücuma hazırlaşır. Döyüş meydanında vəziyyətdə dönüş yaratmaq üçün Kiyev Miladdan az öncə Qərbdən 300 ədəd tank və ən azı 600 döyüş maşınlarını tədarük etməyi xahiş edib.

 

Moderator.az xəbər verir ki, bu barədə “Detaly” nəşri yazıb.

 

“Biz təşəbbüsü ələ almalıyıq, – Ukraynanın sabiq müdafiə naziri və “Atlantic Council” analitik mərkəzinin elmi işçisi Andrey Zaqorodnyuk deyib. – Silahla dəstək bizə bu imkanı verəcək”.

 

Bu sorğunun maksimalist görünməsinə rəğmən, Kiyevin müttəfiqləri artıq təxminən 90 döyüş maşınını vəd edib və müharibə başlanandan tank tədarükünə qoyulan qadağanı pozub.

 

Ekspertlər deyir ki, Ukraynanın düzəngah ərazisi tanklar üçün idealdır, tanklar Kiyevə cəbhə xətti boyunca həlledici şəhərlərdə möhkəmləndirilmiş mövqeləri yenidən tutmaq üçün lazımdır.

 

Yalnız tanklar “müdafiəyə, mobilliyə və atəş gücünə malikdir və hətta düşmən qüvvələri ilə təmasdan sonra da tempi saxlamağa imkan verir”, – bunu Britaniyanın “Rusi” analitik mərkəzinin yerüstü döyüş əməliyyatları üzrə eksperti Nik Reynolds deyir.

 

Ukrayna ordusu artıq Şərqi Avropa müttəfiqlərinin hədiyyə etdiyi və ya geriyə çəkilən Rusiya ordusundan ələ keçirilən sovet tanklarından istifadə edir. Lakin onun liderlərinin gözlədiyi Qərb modelləri yazda hərbi əməliyyatların mümkün eskalasiyası ərəfəsində potensialı əhəmiyyətli dərəcədə dəyişməyə imkan verərdi.

 

Lakin məsələ Kiyevə öz hücumunu başlamağa imkan vermək üçün nə qədər tankın lazım olacağındadır.

 

Beynəlxalq Strateji Tədqiqatlar Mərkəzinin (IISS) ekspertləri hesab edir ki, bunun üçün Ukraynaya təxminən 100 tank lazımdır. Bunu, ümumilikdə, Böyük Britaniya hərbi kəşfiyyatının sabiq rəisi Fil Osborn da təsdiq edib.

 

Qərb ölkələrinin vədləri, hələlik, bu həcmdə tədarükə yetmir. Böyük Britaniya 14 “Cellenger 2” tanklardan ibarət bölük göndərəcək ki, bu da sıçrayış hesab edilir. Britaniya hətta özünün nominal 227 vahid ehtiyatından uzağa getsə belə, təkbaşına tələb edilən həcmi təmin edə bilməzdi.

 

Məhz burada köməyə Almaniya istehsalı olan “Leopard 2” gəlir, bu tanklardan Avropada böyük həcmdə var və hazırda Ukraynanın sərəncamında olan sovet dövrünün tanklarından daha çox imkanlara malikdir.

 

IISS-in məlumatına görə, NATO-nun 13 ölkəsinin silahlı qüvvələrində 2300-dən çox “Leopard 2” tank var, lakin 300-dən az olmayaraq ambarlardadır, daha çoxu acınacaqlı vəziyyətdədir (ötən yayda ispan tanklarınən istifadə üçün həddən artıq pis vəziyyətdə olduğu etiraf edilib).

 

Bununla birlikdə, bir neçə ölkə arzu edərsə, onların sayını 100-ə çatdırmaq üçün kifayət qədərdir.

 

Polşa artıq bəyan edib ki, 14 ədəd alman istehsalı olan “Leopard 2” tanklarını göndərmək istəyir. Hesab edilir ki, Finlandiya da “Leopard” tanklarını tədarük etməyə hazırdır. Lakin bunun üçün Almaniya kansleri Olaf Şolts onların ixracına icazə vermək üçün son qərar verməlidir.

 

Şoltsın koalisiya üzrə tərəfdaşları olan “yaşıllar” və liberal Azad Demokrat Partiyası artıq anladıb ki, bu addımı dəstəkləyir. Vitse-kansler Robert Xabek bəyan edib ki, Berlin bu tanklara malik olan və özləri Kiyevə tədarük etmək istəyən ölkələrin yolunu kəsməməlidir. Kanslerin özü 40 ədəd “Marder” döyüş maşınının tədarükünə icazə verib, bu da o deməkdir ki, “Leopard”ların yerləşdirilməsi yalnız irəliyə doğru atılan bir addımdır.

 

“Leopard 2” tankları barədə qərar yaxın günlərdə, yanvarın 20-də Almaniyanın Ramştayn bazasında Ukraynanın müttəfiqlərinun Ukraynaya hərbi dəstəyin gücləndirilməsi barədə aparılacaq danışıqlar zamanı verilə bilər.

 

Kiyevin digər tərəfdaşlarına gəldikdə, ABŞ-da “General Dynamics” şirkəti tərəfindən istehsal edilən min “M1 Abrams” tankı istismar edilir, lakin onlar Ukrayna üçün yararsızdır, çünki böyük miqdarda kerosin istıfadə edən qazturbinli mühərriklə təchiz edilib.

 

Ukraynanın digər həlledici müttəfiqi olan Fransa Kiyevə özünün “Leclers” tanklarından verməyə hazır olması barədə məlumat verməyib.

 

IISS ekspertləri deyir ki, ukraynalı əsgərlərə “Leopard 2” tanlklardan istifadədə “baza ustalığına” nail olmağa (“Cellenger 2” üçün də proses analoji olacaq) 3-6 həftə lazım ola bilər. Kiyevin tanklardan yolu təmizləmək üçün artilleriya ilə, möhkəmləndirilmiş mövqeləri təmizləmək üçün piyadalarla birlikdə səmərəli istifadə etmək üçün planın işlənib hazırlanması əsl sınaq olacaq.

 

Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sak bəyan edib ki, ukraynalı hərbi qulluqçular Qərb tanklarının istismarına “böyük ehtimalla, aylar sonra deyil, həftələr sonra” hazır ola bilər və müttəfiqləri ukraynalı əsgərlərə təxirəsalınmadan mümkün yeni texnika ilə təlim keçməyə başlamağa çağırış edib.

 

“Təlimə nə qədər tez başlasaq, bir o qədər zamana qənaət edəcəyik, çünki, tez ya gec, biz sifariş verdiyimiz istənilən növ silahı əldə etmişik”, – o, deyib.

 

Müəllif: Aleksandra Appelberq

Mənbə

Share: