Rusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.
“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb. İkitərəfli münasibətlərin aktual məsələləri, o cümlədən enerji və nəqliyyat sektorlarında əməkdaşlıq müzakirə edilib”, – məlumatda deyilir.
Telefon danışığında Suriyadakı vəziyyətə toxunulub:
“Suriyadakı vəziyyətə də toxunulub. Suriya nizamlanmasının təşviqi üçün əsas mexanizm kimi Astana prosesi çərçivəsində sıx koordinasiyanın davam etdirilməsinin vacibliyi qeyd edilib”.
Tərəflər həmçinin müxtəlif səviyyələrdə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
Kremlin mətbuat xidmətinin məlumatına görə, bir neçə gün əvvəl Putin Rəisi ilə Rusiya-İran gündəmindəki məsələləri müzakirə edərək, ikitərəfli əməkdaşlıq kompleksinin daha da gücləndirilməsinə diqqət çəkmişdilər.