ABŞ müdafiə naziri Lloyd Ostin Almaniyanın yeni təyin olunmuş müdafiə naziri Boris Pistoriusla görüşüb.
Modern.az xəbər verir ki, görüş ABŞ müdafiə nazirin Almaniyaya səfəri çərçivəsində baş tutub.
“Xalqlarımız arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi ilə həmrəyliyin qorunmasını müzakirə etdik. Ortaq problemlərimizi həll etmək üçün birlikdə işləməyi səbirsizliklə gözləyirəm”, Lloyd Ostin deyib.
Xatırladaq ki, ABŞ müdafiə naziri Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun Ramşteyn bazasında keçiriləcək iclasında iştirak üçün Almaniyaya səfər edib.