
Gəncə şəhərində Miniatür Kitab Muzeyinin yerləşdiyi, ümumi sahəsi 230 m² olan birmərtəbəli binanın dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb.
Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.