ABŞ və NATO-ya daha güclü cavab verəcəyik

ABŞ və NATO-ya daha güclü cavab verəcəyik

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Qərbin Ukraynaya silah tədarükündən danışıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, spiker bu barədə “Telegram” kanalında yazıb.

 

O, ABŞ və NATO-nun Rusiya Federasiyasına zərbələr endirmək üçün Ukraynaya silah tədarükünə cavabın daha güclü silahlardan istifadə edilməklə veriləcəyini bəyan edib.

 

“Kiyev rejiminə (Rusiya rəsmiləri Ukrayna hakimiyyətini belə adlandırır) hücum silahlarının tədarükü qlobal fəlakətə gətirib çıxaracaq. Əgər Vaşinqton və NATO ölkələri mülki obyektlərə və şəhərlərə zərbələr endirmək üçün istifadə olunacaq silahları Ukraynaya tədarük etsələr və təhdid etdikləri kimi ərazilərimizi ələ keçirməyə çalışsalar, bu, daha çox silahdan istifadə etməklə cavab tədbirlərinə səbəb olacaq”, – deyə Volodin qeyd edib.

Mənbə

Share: