“Gerasimovun təyinatı qələbə üçün nəzərdə tutulmayıb, mini-hərbi çevriliş həyata keçiriblər”

“Gerasimovun təyinatı qələbə üçün nəzərdə tutulmayıb, mini-hərbi çevriliş həyata keçiriblər”

“Onlar anlayır ki, Davosdan və Ramştayndan sonra müharibənin taleyi həll edilib…”

 

 

 

“Müharibə ideyasına, nifrət fəlsəfəsinə görə məsuliyyəti Putin daşıyır…”

 

“23 il ərzində Putin iki aparat məğlubiyyətinə uğrayıb, daha aparat onu fürer, hərbi-siyasi cinayətkar birlik isə “avtoritet” kimi qəbul etmir…”

 

Piontkovski Gerasimovun Ukraynada Rusiya qoşunlarının komandanı təyin edilməsinin əsl səbəbini açıqlayıb

 

Piontkovski hesab edir ki, Gerasimovla Şoyqu mini-hərbi çevriliş həyata keçiriblər.

 

Moderator.az xəbər verir ki, bu barədə o, “Espero” nəşrinin efirində deyib. Məlumatı “УНИАН” nəşri yayıb.

 

Politoloq və publisist Andery Piontkovski bəyan edib ki, Valeri Gerasimov Ukraynada müharibəni udmaq üçün Rusiya qoşunlarının komandanı təyin edilməyib.

 

O, hesab edir ki, Şoyqu və Gerasimov “Vaqner qrupu” özəl hərbi şirkətinin başçısı Yevgeni Priqojini aradan götürmək istəyib.

 

“Bu, Stalinin düşərgədən köməksiz vəziyyətdə çıxarıb cəbhələrin birini həvalə edən Rokossovski deyil. Gerasimov artıq özünü necə hərbi rəhbər olduğunu göstərib, Siz ki, onun müharibənin ilk günlərinin gülünc planını görmüsünüz.

 

Əlbəttə, müharibə ideyasına, nifrət fəlsəfəsinə görə Putin məsuliyyət daşıyır, lakin şimaldan hərəkət edən tank kolonları ilə bağlı yaramaz planı Gerasimov işləyib hazırlayıb”, – politoliq qeyd edib.

 

Onun sözlərinə görə, Gerasimov və Şoyqu mini-hərbi çevriliş həyata keçirib.

 

“Gerasimov Ukraynada qalib gəlmək üçün təyin edilməyib. Gerasimov və Şoyqu mini-hərbi çevriliş həyata keçirib, Priqojini o cümlədən fiziki olaraq aradan götürmək istəyiblər. 

 

Tarix Rusiya üzərində təcrübə aparır, bu, Hitler faşizminin Remlə tarixçəsinə alternativdir, o, 1934-cü ildə reysxverə qalib gəlib və özü fürer olub. Hazırda Rusiyada başlıca intriqa bundan ibarətdir. Üstəlik, onlar anlayır ki, Davosdan və Ramştayndan sonra müharibənin taleyi həll edilib”, – Piontkovski deyib.

 

O, qeyd edib ki, 23 il müddətində Putin iki ağır aparat məğlubiyyətinə uğrayıb. Bundan sonra ətrafı Putini daha əvvəlki kimi qəbul etmir.

 

“Birincisi, yanvarın 10-dan 11-ə keçən gecə Şoyqu ilə Gerasimov onun yanına gələrək, Surovikini dərhal işdən çıxarmağı və Gerasimovu vəzifəsinə qaytarmağı tələb edib, Putin onlara tabe olub.

 

İkincisi, iki gündən sonra Priqojin onun yanına gələrək əks tələb irəli sürüb, Baş Qərargah tərəfindən “Vaqner”in  qəhrəman döyüşçüləri”nin “nüfuzdan salınması proqramına” son qoyulmasını və onların “qəhrəmanlığı” barədə rəsmən bəyan edilməsini tələb edib”, – politoloq deyib.

 

Onun sözlərinə görə, bu məğlubiyyətlərdən sonra Putin artıq əvvəlki adam deyil.

 

“O, aparat tərəfindən fürer kimi qəbul edilmir. Cinayətkar aləmdə, – Rusiyanın siyasi-hərbi zirvəsində biz məhz cinayətkar birliyi görürük, – alçaldılmış “avtoritet” daha “avtoriret” deyil, burada isə bir həftə ərzində o, iki dəfə alçalıb. 

 

Bundan başqa, Priqojin bundan bir az da həyasızlaşıb və təkcə hərbi rəhbərliyə, Baş Qərargahda yaramazlara deyil, həm də prezident administrasiyasındakı satqınlara da hücum edir”, – Piontkovski qeyd edib.

Mənbə

Share: