Anar Bağırov vəkillərə çağırış etdi: “Bunun əleyhinəyəm”

Anar Bağırov vəkillərə çağırış etdi: “Bunun əleyhinəyəm”

“Mən dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, vəkillərin sosial şəbəkələrdə öz həmkarlarını müzakirəyə çıxarmasının əleyhinəyəm. Bu, vəkillərin etik davranış qaydalarına da ziddir”.

 

Modern.az xəbər  verir ki, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

 

Onun sözlərinə görə, vəkillərin aralarında olan münasibətlər Kollegiya çərçivəsində öz həllini tapmalıdır:

 

“Kənar müzakirələrin aparılması yolverilməzdir. Bu, nəticə etibarilə cəmiyyətdə vəkilliyin nüfuzuna mənfi təsir göstərir. Kimin narazılığı varsa, Vəkillər Kollegiyasına müraciət etsin, intizam icraatı başlanılsın və məsələyə hüquqi qiymət verilsin”.

 

A.Bağırov vəkilləri bir-birinə hörmətlə yanaşmağa çağırıb: “Vəkillik peşəsinin nüfuzunu qorumaq hər bir vəkilin borcudur”.

Mənbə

Share: