Yunanıstana qaçmaq istəyən mərakeşlilər saxlanıldı

Yunanıstana qaçmaq istəyən mərakeşlilər saxlanıldı

Türkiyənin İstanbul şəhərində 2 Mərakeş vətəndaşı saxlanılıb.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, onlar qanunsuz yollarla Yunanıstana qaçmağa çalışıblar.

 

Belə ki, beynəlxalq sərnişindaşıma ilə məşğul olan bir avtobusun üstünə çıxaraq gizlənən mərakeşlilər ətrafdakı insanlar tərəfindən görülüb və şübhələr əsasında polisə müraciət olunub.

 

Polis həmin şəxsləri saxlayıb. Hazırda araşdırmalar davam edir.

Mənbə

Share: