
Ukraynanın icmaların, ərazilərin və infrastrukturun inkişafı üzrə nazirinin saxlanılan müavini Vasili Lozinski işdən çıxarılıb.
Modern.az “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabineti qərar qəbul edib.
Qeyd edək ki, o, nazir səlahiyyətlərini icra edirdi.
***
23:24
Ukraynanın icmaların, ərazilərin və infrastrukturun inkişafı üzrə nazir müavini Vasili Lozinski saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə “Ukrainska Pravda” nəşri məlumat yayıb.
Bildirilir ki, o, vəzifə səlahiyyətlərindən sui-istifadədə və korrupsiyada ittiham olunur.