
Türkiyədə “Altılı Masa”ya daxil olan müxalif Demokrat Partiyanın sədri Gültekin Uysal ittifaqda olduqları Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlunun prezidentliyə vahid namizəd olması ehtimalını şərh edib.
Modern.az xəbər verir ki, Uysal bu barədə “Cumhuriyet” qəzetinə müsahibəsi zamanı danışıb.
“Müxalifətin alternativlərinin çox olduğunu düşünürəm, amma ən güclü namizəd Kemal Kılıçdaroğludur. Türkiyə seçki prosesi dövrünə Ərdoğanın açıqlaması ilə daha tez girdi. Artıq namizədin müəyyən olunması ilə bağlı işlər sürətləndirilməlidir. Kılıçdaroğlu ana müxalifət lideri kimi doğru olan, bu siyasi prosesi ağılla idarə edə bilən, iddiası olan bir isimdir. O, seçkidə qazana biləcək namizəddir”, – deyə o qeyd edib.
Xatırladaq ki, Ərdoğan seçkilərin 14 mayda keçirilməsinə işarə edib, lakin hələlik rəsmi qərar yoxdur.