Toivo Klaar Paşinyanla Laçın yolunu müzakirə etdi 

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

 

Modern.az xəbər verir ki, İrəvanda baş tutan görüşdə Laçın yolundakı vəziyyət müzakirə olunub.

 

Görüşdə ikitərəfli münasibətlər, Aİ-nin yeni missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinə toxunulub.

 

Mənbə

Share: