
Şərqi Kanadada anomal istilər qeydə alınıb.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, sinoptiklər Kvebek, Yeni Şotlandiya, Nyu-Bransuik və Ontario vilayətlərindəki istilər barədə xəbərdarlıq edib.
Həmin vilayətlərin bəzi yerlərində hava temperaturu 40 dərəcədən çox olacaq.
Qeyd edilir ki, anomal yüksək hava temperaturunun iyulun 7-dək davam edəcəyi gözlənilir.