Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilər üçün ən uyğun tarixin 14 may olduğunu bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, Nazirlər Kabinetinin iclasından sonra danışıb.
Ərdoğan qeyd edib ki, parlament və prezident seçkilərinin normal tarixi iyunun 18-i idi: “Həm Qurban bayramı ərəfəsinə, həm ziyarət dövrünə, həm də övladlarımızın imtahan təqviminə təsadüf etdiyi üçün bu tarixi yeniləməyə ehtiyac duyduq. Bu anlayışla apardığımız hərtərəfli qiymətləndirmələr nəticəsində gördük ki, 14 may 2023-cü il bazar günü hər baxımdan seçki üçün ən uyğun tarixdir. Biz ölkəmizi bu tarixdə seçkilərə aparmaq istəyirik”.
Türkiyə lideri xatırladıb ki, ölkənin konstitusiyasına əsasən, seçkilərin keçirilməsi üçün qərar parlamentdə beşdə üç səs çoxluğu ilə qəbul edilməlidir: “Əks halda biz Prezidentin imzası ilə qərarımızı verəcəyik”.
Akif İsmayılov