ABŞ İsraillə ən irimiqyaslı birgə hərbi təlim keçirir

ABŞ və İsrail yanvarın 23-də tarixdə ən irimiqyaslı birgə hərbi təlimə başlayıblar.

 

“Juniper Oak” adlanan təlimdə 142 təyyarə və 10 hərbi gəmi iştirak edir. Manevrlər “kosmik və elektron müharibə də daxil olmaqla, bütün müharibə sahələrini” əhatə edəcək.

 

ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib ki, təlimlərdə təxminən 6,5 min ABŞ hərbçisi, həmçinin 1,1 mindən çox İsrail hərbçisi iştirak edəcək.

 

Nazirliyin nümayəndəsi yeni yaranmaqda olan İsrail hökuməti ilə fikir ayrılıqlarının mümkünlüyünü etiraf etsə də, lakin eyni zamanda İsrailə qeyd-şərtsiz ikitərəfli dəstəyi vurğulayıb. (oxu.az)

 

Mənbə: focus.ua

Mənbə

Share: