Stoltenberqdən Ərdoğanı qəzəbləndirən açıqlama – “Qanunsuz deyil”

NATO-nun baş katibi Yens Stoltenberq İsveçin paytaxtı Stokholm şəhərində yerləşən Türkiyə səfirliyi yaxınlığındakı aksiyada Quranın yandırılmasını şərh edib.

 

Modern.az “Deutsche Welle”yə istinadən xəbər verir ki, o, Ərdoğanı İsveçin NATO-ya daxil olmasını “bloklamaq təhdidi”nə görə ittiham edib.

 

“İfadə azadlığı, fikir azadlığı alyansa daxil olan ölkələrdə qanunsuz deyil”, – deyə baş katib söyləyib.

 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən İsveçi məlum hadisəyə görə sərt tənqid etmişdi. “İsveç bizdən yaxşılıq gözləməsin”, – deyə o bildirmişdi.

Mənbə

Share: