Kürdəmir rayonunda sürücü avtomobillə piyadanı vuraraq hadisə yerindən qaçıb.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 23-ü saat 2 radələrində Kürdəmir şəhəri ərazisində şəhər sakini C.Məhərrəmovun müəyyən edilməyən avtomobillə vurulması barədə polisə məlumat daxil olub.
Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21099” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsinin sürücüsü K.Kərimov saxlanılıb.
Araşdırma aparılır.