“Baykar” Ukrayna mühərriki daşıyan PUA-nın sınaqlarını başa çatdırdı

Türkiyənin “Baykar” şirkəti mühərriki Ukrayna tərəfindən istehsal olunan yeni “Kızılelma” dronların sınaqlarını başa çatdırıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, PUA Ukraynanın “Motor Sich” firmasının AI-25TLT turbojet mühərrikinə malikdir.

 

Onun uçuş məsafəsi 930 kilometrə qədərdir. 10,7 kilometrə qədər yüksəkliyə qalxa bilir.
 

Dronun maksimal yükgötürmə qabiliyyəti isə 1,5 tona qədərdir.

Mənbə

Share: