Hamı məsuliyyətini dərk etməlidir – Podolyakdan istefalara REAKSİYA

 

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak son istefaları şərh edib.

Milletinsesi.az xəbər verir ki, o, tviter səhifəsində bu barədə yazıb.

“Zelenskinin qərarları dövlətin əsas prioritetlərini göstərir. “Kor gözlər” yoxdur. Müharibədə hamı məsuliyyətini dərk etməlidir. Prezident toplumu görür və eşidir. Və önəmli bir ictimai tələbə birbaşa cavab verir: Hər kəs üçün ədalət…”, – deyə Podolyak qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenskinin çıxışında və hakim “Xalqın Xidmətçisi” partiyasından verilən açıqlamalarda kadrlarla bağlı həlledici və konkret qərarların anonsu verilmişdi. Bundan sonra xeyli vəzifəli şəxs istefa verib.

Mənbə

Share: