Ukraynanın birinci xanımı Yelena Zelenskaya həyat yoldaşını ad günü münasibətilə təbrik edib.
Modern.az xəbər verir ki, o, “Instagram” səhifəsində paylaşım edib.
“İnsanlar məndən tez-tez soruşurlar ki, bu illər ərzində necə dəyişmisən. Mən isə həmişə cavab verirəm ki, dəyişməmişəm. O da eynidir. 17 yaşımız olanda tanış olduğum oğlan kimi. Ancaq əslində bir şey dəyişdi: daha az gülümsəyir. Mən sənə gülümsəmək üçün daha çox səbəb arzulayıram. Və bunun eçen nə lazım olduğunu bilirsən. Hamımız bilirik”, – Zelenskaya yazıb.