Almaniyanın “Leopard”ların tədarükünü təsdiqləməsindən sonra federal kansler Olaf Şolts və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Milletinsesi.az “SKY News”a istinadən xəbər verir ki, kansler Zelenski ilə parlamentdəki çıxışından əvvəl danışıb.
O qeyd edib ki, Ukraynaya silah göndərilməsi düzgündür, lakin Almaniya müharibənin qızışmasından qaçmaq istəyir.
“Bizim üzləşdiyimiz çətinliklərin səbəbi Ukraynaya qarşı dəhşətli təcavüzkar müharibədir. Avropada razılaşdığımız prinsiplərin şübhə altına alındığı dəhşətli müharibədən söhbət gedir”, – Şolts deyib.