Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.
Milletinsesi.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, görüş Mirzoyanın Belçikaya səfəri çərçivəsində paytaxt Brüsseldə baş tutub.
Tərəflər Aİ-nin Ermənistana yeni müşahidə missiyası göndərməsi barədə danışıblar. Bildirilib ki, bu, regionda sülh və sabitliyin təmin olunmasına yardımçı olacaq.
Həmçinin Laçın dəhlizindəki situasiyanın da müzakirə olunduğu qeyd edilib.