BMW sürücüsüz maşın buraxacaq

Almaniyanın avtomobil istehsalçıları BMW və “Daimler” avtomagistrallarda hərəkət üçün nəzərdə tutulmuş sürücüsüz maşınların birgə istehsalı ilə məşğul olacaqlar.

Milletinsesi.az oxu.az-a istinadən xəbər verir ki, BMW və “Daimler”in belə funksiyalı avtomobilləri 2024-cü ildə satışa çıxarılmalıdır.

Əsas məqsəd sürücüyə yardım sisteminin hazırlanması, magistrallarda idarəetmə prosesinin avtomatlaşdırılmasıdır.

Hər iki şirkətin 1,2 min mütəxəssisi sürücüsüz texnologiyaların hazırlanması üzərində işləyəcək.

Share: