ABŞ Ukrayna silahlı qüvvələrinə 31 ədəd “M1 Abrams” tankı verəcək.
Modern.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden mətbuata xüsusi çıxışı zamanı bildirib.
Birləşmiş Ştatlar bu tanklara xidmət göstərmək üçün 8 M88 zirehli bərpa maşını da göndərəcək.
***
20:25
ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya 31 ədəd “Abrams” tankı verməyə hazırlaşır.
Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Ukrayna üçün nəzərdə tutulan ümumi hərbi yardımın 400 milyon dollar olacağı bildirilir.
Qeyd edək ki, Bayden bu gün ictimaiyyətə müraciət edəcək və Ukraynaya tankların tədarükünü açıqlayacaq.
Akif İsmayılov