“Blokada başlayandan ofisimdə yaşayıram…”- Vardanyan “Meduza”ya…

“Özümüzü heç də “Laçın yolundakı aksiya ilə Rusiyanın, Vardanyanın oyunlarını pozduq”, “Paşinyan Vardanyanın sonuna çıxır” deyə arxayın salmayaq; Ruben son 5 aya yaxın müddətdə “Əzabkeş Artsax xalqının əzabkeş mübarizi” obrazını yaratmağı bacarıb… Və Kremlin qatdığı bu  xəmir hələ çox su aparacaq…

 

“Blokada başlayandan öz kabinetimdə yaşamağa köçdüm: istirahət otağında yaşayıram. Yeni ili qeyd etmək üçün [Xankəndində -S.L.] gəlməli olan ailəmi görə bilmədim. Qaz silindrli bir avtomobilə – “Patriot” UAZ-a keçdim….”

 

Moderator.az xəbər verir ki, bunları Rusiyanın Putin rejiminə müxalif sayılan və hazırda redaksiyası Latviyada yerləşən “Meduza” portalına müsahibəsində Azərbaycan Respublikası ərazisindəki separatçı-terrorçu rejimin “dövlət naziri” Ruben Vardanyan çərənləyib.

 

“Nə qədər xoşbəxt olduğumu təsəvvür edə bilməzsiniz. Təsəvvür edə bilməzsiniz ki, indi burada – belə çətin şəraitdə yaşamaq mənim üçün nə qədər yaxşıdır. Bu, hər şeyə bir məna verir: bəli, çox çətindir, amma uğruna yaşamaq üçün bir şey var…

 

…Mən istərdim ki, burada 20 min rus əsgəri, həmçinin Avropadan gələn hindu sülhməramlıları və ya  başqa biriləri də olsun. Çünki Artsax respublikası ilə Azərbaycan arasındakı təmas xətti 540 kilometrdir. İstənilən sülhməramlılar üçün çətin işdir” – bunları da Putinin milyarder “desant”ı deyir.

 

P.S. Özümüzü heç də “Laçın yolundakı aksiya ilə Rusiyanın, Vardanyanın oyunlarını pozduq”, “Paşinyan Vardanyanın sonuna çıxır” deyə arxayın salmayaq; Ruben son 5 aya yaxın müddətdə “Əzabkeş Artsax xalqının əzabkeş mübarizi” obrazını yaratmağı bacarıb… Və hətta Rusiyanın müxalif sayılan nəşrləri də ondan müsahibə alırsa, Kremlin qatdığı bu  xəmir hələ çox su aparacaq…

 

Sultan Laçın

 

Mənbə

Share: