Ermənistan vətəndaşları Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) vizasız səyahət imkanı qazanacaqlar.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə dövlətlərarası razılaşma ilə bağlı sənəd layihəsi artıq hazırdır.
Bildirilib ki, bu gün Ermənistan hökumətinin iclasında layihəyə baxılacaq. Bundan sonra isə BƏƏ Nazirlər Kabineti də layihəni rəsmi şəkildə təsdiqləməlidir.
Hər iki ölkə tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək qərarın Ermənistan və BƏƏ arasında turizm və ticarət əlaqələrinin genişlənməsinə imkan yaradacağı qeyd olunub.