Türkiyənin Mardin Hava Limanının adı dəyişdirilib.
Modern.az xəbər verir ki, hava limanına Nobel mükafatı laureatı, professor Əziz Səncərin adı verilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı qərarı “Resmi Gazete”də dərc olunub.
Buna əsasən, Mardin Hava Limanının adının “Mardin Prof. Dr. Aziz Sancar Havalimanı” olaraq dəyişdirilməsinə qərar verilib.
Xatırladaq ki, ötən ilin dekabr ayında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Mardin hava limanına Əziz Səncərin adının veriləcəyini bəyan etmişdi.