Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeonun kitabından danışıb.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, nazir bu barədə tailandlı həmkarı ilə birgə keçirdiyi imzalama mərasimində söz açıb.
“Keçmiş həmkarımız Pompeo deyəsən o kitabı seçki kampaniyasını başlatmaq üçün yazıb. Belə düşünürəm. Kitabda həqiqətə uyğun olmayan bilgilər var. Diplomatik dillə deyirəm, siz buna yalan da deyə bilərsiniz. Şişirtmə və ikili standart var”, – deyə o söyləyib.
Nazir Əfqanıstanda baş verənləri xatırladıb və İŞİD-ə qarşı Türkiyə ordusunun apardığı mübarizəni vurğulayıb.
Qeyd edək ki, Mayk Pompeonun bu yaxınlarda nəşr olunan kitabında Türkiyə əleyhinə fikirlər yer alıb.