Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanın dövlət başçısı Volodimir Zelenskiyə cavab verib.
Milletinsesi.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Peskov Zelenskiyə seçki kampaniyası zamanı verdiyi vədləri xatırladıb.
“Biz onun hansı vədlərlə prezident seçildiyini yaxşı bilirik. Amma o, Donbas problemini həll etmədi, Minsk razılaşmasını yerinə yetirmədi. Onun belə niyyəti yox idi və Zelenski müharibəyə hazırlaşdı”, – deyə sözçü bildirib.
Qeyd edək ki, Ukrayna prezidenti müsahibəsi zamanı Putinlə danışmağın maraqsız olduğunu demişdi. Zelenski Rusiya prezidentinin onun üçün heç kim olduğunu söyləmişdi.