Türkiyədə FETÖ əməliyyatı – 12 nəfər saxlanıldı

Türkiyədə FETÖ əməliyyatı – 12 nəfər saxlanıldı

Türkiyədə FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Ankara prokurorluğu məlumat yayıb.

 

Bildirilib ki, əməliyyat paytaxt Ankara başda olmaqla, ölkənin 5 vilayətində gerçəkləşdirilib. Nəticədə 12 şübhəli şəxs saxlanılıb.

 

Məlumata görə, şübhəlilərdən 4-ü dövlət orqanlarında çalışır, 6-sı əvvəllər vəzifəsindən uzaqlaşdırılıb, 2-si isə istefa verib.

 

Hazırda araşdırmalar davam etdirilir.

Mənbə

Share: