İrandakı səfirliyimizə hücumda şəhid olan Orxan Əsgərovun qohumlarının fəryadı

İrandakı səfirliyimizə hücumda şəhid olan Orxan Əsgərovun qohumlarının fəryadı

Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum nəticəsində diplomatik korpusun mühafizə xidmətinin rəisi baş leytenant Orxan Əsgərov şəhid olub.

Şəhidin qohumları Baku TV-yə açıqlama veriblər. 

Zirəddin Mehdiyevin sözlərinə görə, xəbəri televiziyadan alıb:

“Dedilər ki, basqın ediblər, qabağa Orxan çıxıb. Dağılsın İran dövləti. Səhər saat 8-də avtomatla binanın qabağına gələndə görmədilər o adamı?”

“Sovet hökuməti dağılandan sonra ilk dəfə ABŞ-də təhsil alıb, oradan mükafatla qayıdan oğlan idi. Beynəlxalq əlaqələr ixtisasını bitirmişdi”, – deyə O.Əsgərovun digər qohumu Mehdi Qasımov əlavə edib.

Mənbə

Share: