ABŞ generalı Çinlə toqquşma barədə xəbərdarlıq edib 

ABŞ generalı Çinlə toqquşma barədə xəbərdarlıq edib 

ABŞ Hərbi Hava Qüvvələrinin komandirlərindən biri general Mayk Minihan 2025-ci ildə Çinlə toqquşma ola biləcəyini deyib.

 

Modern.az xəbər verir ki, bu barədə o, hərbçilərə göndərdiyi məktubda qeyd edib.

 

“Ümid edirəm yanılıram, amma mənim hissim budur ki, 2025-ci ildə Çinlə döyüşəcəyik”, – o bildirib.

 

Minihan Vaşinqtonun diqqətinin daxili siyasətə çevriləcəyi dövrdə Çinin fürsətdən istifadə edə və Tayvana doğru hərəkət edə biləcəyini vurğulayıb.

 

O, qoşunlardan Çinlə qarşıdurmaya hazırlaşmağı xahiş edib 

 

Akif İsmayılov 

Mənbə

Share: