Putinin qrafikində Şoltsla danışıq yoxdur

Putinin qrafikində Şoltsla danışıq yoxdur

“Hələlik Putinin qrafikində Şolts ilə razılaşdırılmış danışıq yoxdur, lakin prezident təmaslara hər zaman açıq olub və açıqdır”.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

 

Bundan əvvəl Almaniya kansleri Olaf Şolts Putinə zəng etmək niyyəti olduğunu açıqlamışdı.

 

“Son 11 ay ərzində mən Makron kimi Putinlə təkrar-təkrar danışmışam. Sonuncu dəfə dekabrın əvvəlində danışığımız olmuşdu. Və mən Putinlə yenidən telefonla danışacağam. Çünki bir-birimizlə danışmaq lazımdır”, – deyə Şolts söyləyib.

Mənbə

Share: