
NATO baş katibi Yens Stoltenberq Koreya Respublikasına (Cənubi Koreya) səfər edib.
Modern.az “Reuters”ə istinadən xəbər verir ki, Stoltenberq burada Koreya prezidenti Yun Seok Yeol, XİN başçısı Pak Jin və digər şəxslərlə görüşəcək.
O, regionda baş verənlərin NATO ölkələri üçün olduqca vacib olduğunu vurğulayıb.
Səfərin tərəfdaşlarla təmasların sıxlaşdırılması məqsədi daşıdığı qeyd olunub.