
“Rusiya hakimiyyəti müharibəyə dərhal son qoymağa kömək edəcək səfərbərlik vəd edib, amma onun ucu-bucağı görünmür…”
Rusiya Federasiyasında səfərbərlik bitməyəcək, onsuz Rusiya döyüşə bilməyəcək. Rusiya hakimiyyəti müharibənin dərhal dayandırılmasına kömək edəcək səfərbərlik vəd edib, lakin onun ucu-bucağı görünmür.
Moderator.az xəbər verir ki, bu barədə rusiyalı müxalifətçi, hüquq müdafiəçisi Mark Feyqin bəyan edib. Məlumatı “Espreso” nəşri yayıb.
Onun sözlərinə görə, səfərbərlik edilənlərin hesabına Rusiya ordusunun şəxsi heyətini daima doldurmaq, demək olar ki, mümkün deyil.
“Rusiyada döyüşmək, yoxsa müharibəni dayandırmaq, ölmək, yoxsa ölməmək barədə xalqdan soruşan yoxdur, onlar bunu, sadəcə, edirlər. Yeri gəlmişkən, Ukraynadan fərq bundan ibarətdir, ona görə də Ukraynada və Rusiyada səfərbərliyin eyni şey olmasını demək gülməlidir.
Mən, nədənsə, Ukraynada on minlərlə vəsait xərcləyərək, başqalarını demirəm, cinayətkarların döyüşlərə cəlb edilməsini görməmişəm. Axı, müharibəni peşəkar ordu başlayıb, Stalin dönəmində də belə olub, yəni 5 milyonluq ordu olub və bu şəxslər döyüşməli olub. Bəli, o da çağırış nəticəsində formalaşıb, lakin bu ordu səfərbərlik edilməsini nəzərdə tutmayıb.
Görünən o olub ki, bu ordu Almaniya ilə müharibə üçün yetərlidir. Burada da belədir, ötən ilin fevralın sonunda Putinin əmri ilə müharibəyə cəlb edilən bu 250-300 min, sanki, kifayət etməli olub. Lakin hazırda artıq növbəti mərhələ başlanıb”, – Feyqin “Espreso”nun efirində deyib.
O, əlavə edib ki, Rusiyanın siyasi rəhbərliyinə daima manevr etmək lazım gəlir. Rusiya hakimiyyəti müharibənin dərhal dayandırılmasına kömək edəcək səfərbərlik vəd edib, amma onun ucu-bucağı görünmür.
“Səfərbərlik yalnız o zaman işləyə bilər ki, qısamüddətli aksiya kimi, itkilərlə olsa belə, məsələn, iki ay ərzində Ukraynanın öhdəsindən gəlməyə imkan verə bilsin. Bunlar yoxdur, heç yaxına da getmir, bu da o deməkdir ki, səfərbərlik bitməyə bilər.
Ona görə də bir sıra ekspertlərin yanvarın 15-dən səfərbərliyin yeni mərhələsinin başlanması barədə danışması artıq fərq etməz, 15-dən, 30-dan, 1-dən başlanmasının heç bir əhəmiyyəti yoxdur”, – hüquq müdafiəçisi deyib.
Feyqinin sözlərinə gorə, səfərbərlik olmadan Rusiya rəhbərliyi, Rusiya ordusu bundan sonra döyüşə bilməyəcək.
“Ordu daima öz şəxsi heyət ehtiyatını doldurmalıdır, onun da böyük hissəsi səfərbər edilənlərdir. Bu vəzifəni, demək olar ki, icra etmək mümkün deyil, çünki onları bir-birinin ardınca hazırlamaq, geyindirmək, silahla təchiz etmək, zabitləri təhkim etmək lazımdır.
Bütün bunları etmək get-gedə çətinləşir, çünki ön cəbhəyə atılan biokütlənin hesabına həll edilir. Buna müvafiq olaraq əhalinin münasibəti pisləşəcək, istənilən üsulla səfərbərlikdən yayınmaq hissi artacaq, bütün şüarlar isə ikinci plana keçəcək”, – Feyqin sözlərinə yekun vurub.