Misir prezidenti erməni həmkarı ilə görüşdü

Misir prezidenti erməni həmkarı ilə görüşdü

Misir prezidenti Əbdəlfəttah əs-Sisi Ermənistanın dövlət başçısı Vahaqn Xaçaturyana Azərbaycanla münasibətlərin normallaşması üçün vasitəçilik təklif edib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Sisi ölkəsinin bu məsələdə neytral olduğunu diqqətə çatdırıb.

 

O vurğulayıb ki, rəsmi Qahirə Azərbaycanla Ermənistan arasında vasitəçi olmağa hazırdır.

 

***

12:19

 

“Ermənistanın sülhün əldə edilməsində Misir təcrübəsinə ehtiyacı var”.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu misirli həmkarı ilə görüşü zamanı Ermənistan prezidenti Vahaqn Xaçaturyan deyib.

 

O, Əs-Sisinin Ermənistana səfərini tarixi səfər adlandırıb.

 

“Çünki bu, Misir nümayəndə heyətinin dövlət başçısı səviyyəsində Ermənistana ilk rəsmi səfəridir. Misirin qonşuları ilə dinc yanaşı yaşamaq ideyalarını inkişaf etdirməsi vacibdir”, – deyə Vahaqn Xaçaturyan qeyd edib.

 

“Misirin, eləcə də şəxsən Prezident Əs-Sisinin təcrübəsi bizim üçün faydalı olacaq. Hərbi və siyasi keçmişində o, çətin sınaqlarla üzləşib, lakin Misirin davamlı surətdə inkişaf edən ölkəyə çevrilməsini təmin edə bildi”, – Ermənistan prezidenti əlavə edib.

 

***

11:54

 

Misir prezidenti Əbdəlfəttah əs-Sisi Ermənistanda səfərdədir.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onun şərəfinə İrəvanda fəxri qaravul düzülüb.

 

Daha sonra o, Ermənistan prezidenti Vahaqn Xaçaturyanla görüşüb.

 

Bildirilib ki, görüş zamanı qarşılıqlı maraq doğuran regional və ikitərəfli gündəlikdə olan məsələlər müzakirə olunub.

 

Qeyd edək ki, Sisi bundan əvvəl Azərbaycanda səfərdə idi.

Mənbə

Share: