
“Ukraynanın şərqində vəziyyət çətindir, lakin nəzarət altındadır”.
Modern.az xəbər verir ki, bunu Kanada telekanalına müsahibəsində Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.
O, Ukrayna hərbi komandanlığının məlumatlarına əsasən, şərqdə vəziyyəti “mürəkkəb, lakin idarə olunan” adlandırıb.
Eyni zamanda, nazir Ukraynanın döyüş təyyarələri və uzaqmənzilli raketlərin daxil olduğu silahlarla bağlı istəklərini xatırladıb.
“Mənim düşünürəm ki, bu gün mümkün olmayan şeylər sabah mümkün olacaq”, – Reznikov bildirib.