“Putini oxşarlarından necə ayırd etməli?..”

“Putini oxşarlarından necə ayırd etməli?..”

“Putin sadə xalqla görüşlər üçün oxşarlarından istifadə edir…”

 

FTX-nın sabiq zabiti buna aydınlıq gətirib…

 

Rusiya prezidenti Vladimir Putin hətta öz ətrafındakı yüksək vəzifəli şəxsləri belə özünə yaxın buraxmır.

 

Moderator.az xəbər verir ki, bu barədə FTX-nın ehtiyatda olan zabiti, tanınmayan “Donetsk xalq respublikası”nın sabiq “müdafiə naziri” İqor Qirkin (Stelkov) danışıb. Məlumatı “dialoq.ua” nəşri yayıb.

 

O, əmin edib ki, “sadə xalq”la görüşlər üçün Putin oxşarlarından istifadə edir.

 

Məhz Putini əhatə edən adamların sayından televiziyada həqiqi pezidentin, yoxsa onun oxşarının göstərilməsini müəyyən etmək olar.

 

“Həqiqi Vladimir Vladimiroviç Miladda Kreml məbədində tək olub. Tək!

 

Ruhanilər ona yaxın durmağa çəkinib. Yəqin ki, orada snayper də olub, kim 20 metrdən yaxına gələrsə, ona güllə atmalı olub. Bax, bu, əsl Vladimir Vladimiroviçdir.

 

O, nazirləri qəbul edəndə, masanın bir tərəfində əyləşib, binoklla qarşı tərəfdə kimin əyləşdiyini nəzərdən keçirir. Bax, bu, onun özüdür”, – Strelkov deyib.

 

Amma ordenlərlə mükafatlandırma, əsgər anaları ilə görüş və digər xalqla ünsiyyət imitasiyaları-bunlar, Qirkinin sözlərinə görə, oxşarların işidir. Putinin bir neçə belə oxşarları var, FTX-nın sabiq əməkdaşı əmin edib.

 

“Mən Putini kütlənin arasında görəndə, dərhal anlayıram ki, söhbət onun oxşarından gedir”, – Strelkov deyib.

Mənbə

Share: