Türkiyədə zəlzələ baş verdi

Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Aralıq dənizi sahillərində 4,4 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.

 

Zəlzələ saat 19.12-də qeydə alınıb və 18,35 kilometr dərinlikdə baş verib.

 

Zəlzələ Hatay bölgəsində hiss olunub. Bölgənin icra nümayəndəsi zəlzələ nəticəsində hər hansı bir itkinin olmadığını bildirib.

 

Akif İsmayılov

Mənbə

Share: