“İrana edilən dron hücumunda ABŞ ordusu iştirak etməyib”

“İrana edilən dron hücumunda ABŞ ordusu iştirak etməyib”

Pentaqonun sözçüsü Patrik Rayder bəyan edib ki, ABŞ-nin İranın hərbi infrastrukturuna endirilən dron zərbələri ilə heç bir əlaqəsi yoxdur.

 

Patrik Rayder bu barədə Vaşinqtonda jurnalistlərin qarşısında çıxış edərkən söyləyib.

 

“İrana edilən dron hücumunda ABŞ ordusu iştirak etməyib”, – Pentaqonun sözçüsü vurğulayıb.

 

Patrik Rayder İran barədə ona ünvanlanan digər sualları şərh etməkdən imtina edib.

 

Qeyd edək ki, yanvarın 28-də İranın hərbi obyektləri dron hücumlarına məruz qalıb. Hələlik baş verən insidentə görə heç bir ölkə məsuliyyəti öz üzərinə götürməyib. /Oxu.az/

 

Mənbə: Reuters

 

Mənbə

Share: