
İndoneziyada Quranın yandırılmasına etiraz məqsədilə aksiya keçirilib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, nümayiş paytaxt Cakartada baş tutub.
Aksiyaçılar İndoneziyadakı İsveç səfirliyinin bağlanmasını tələb ediblər.
Etirazçılar Quranın yandırılmasından narahat olduqlarını və üzr istənməli olduğunu dilə gətiriblər.