BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar , Dekabr 8 2019

Liseylərin V və VII siniflərinə qəbul üzrə müsabiqənin nəticələri açıqlanıb


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb.

BŞTİ-dən Milletinsesi.az-a verilən xəbərə görə, valideynlər müsabiqənin nəticələri barədə məlumatı müraciət etdikləri təhsil müəssisələrindən əldə edə bilərlər. Qeyd edək ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V sinfinə qəbulla bağlı müsabiqəyə 1 239 şagird qatılıb. Onlardan 567 nəfəri müsabiqənin nəticələrinə görə müvəffəq olub.

BŞTİ-nin tabeliyindəki 23 məktəb-lisey və liseyin VII lisey siniflərinə qəbul üçün müsabiqədə isə həmin məktəb-liseylər və liseylərlə yanaşı, cari tədris ilində digər ümumi təhsil məktəblərinin VI sinfini əla və yaxşı qiymətlərlə bitirmiş 2 046 şagird iştirak edib.

Müsabiqədə uğurla iştirak etmiş şagirdlər göstərdikləri nəticələrə uyğun olaraq müvafiq profil sahələri üzrə lisey siniflərində təhsilini davam etdirmək hüququ qazanıb.