ATƏT PA-nın Büro iclasında təşkilatın rəhbər heyətinin seçilməsi məsələsinə baxılıb.
AZƏRTAC xəbər verir ki, Büro üzvləri Milli Məclisin deputatı Azay Quliyevin ikinci müddətə ATƏT PA-nın vitse-prezidenti vəzifəsinə namizədliyini dəstəkləyiblər.
Yekun səsvermə Parlament Assambleyasının sabah keçiriləcək sonuncu plenar iclasında keçiriləcək.