Türkiyəli deputatlar 4 günlük Bakıya gəldilər

Türkiyəli deputatlar 4 günlük Bakıya gəldilər

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun üzvləri Bakıya səfərə gəliblər.

 

Bu barədə Modern.az-a dostluq qrupunun üzvü, AKP-li deputat Yunus Kılıç məlumat verib.

 

Onun sözlərinə görə, nümayəndə heyətində 7 deputat təmsil olunur.  Yunus Kılıç Azərbaycana səfərin 4 günlük nəzərdə tutulduğunu söyləyib.

 

Səfər zamanı bir sıra görüşlər keçiriləcək, aktual mövzular ətrafında fikir mübadiləsi aparılacaq. 

 

Məlumata görə, Türkiyə nümayəndə heyətinin Qarabağa səfəri gözlənilmir.

Mənbə

Share: