Bakıda qadına qarşı soyğunçuluq edilib

Paytaxtın Xətai rayonunda qadına qarşı soyğunçuluq edilib.

 

Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, zərərçəkən yaşadığı evə gedən zaman naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə qadının dəyəri 300 manat olan mobil telefonunu ələ keçirib.

 

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Sahil Əliyev saxlanılıb.

 

O, izahatında törətdiyi əməli etiraf edib.

 

Faktla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

 

Sahil Əliyev barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Mənbə

Share: